Biz kimik?

Umbrella Learning Academy-nin əsas məqsədi öyrənənlərə fərqli, premium xidmət təqdim etməkdir.
Mərkəzin fəaliyyəti İngilis dilinin tədrisi və İngilis dilində tədris olunan beynəlxalq imtahanlara hazırlıq kurslarından ibarətdir.
Umbrella Learning Academy (ULA) ailəsinin yaratdığı mühit sizə hər addımda ilk gündən etibarən dil maneələrinizi aşmağa kömək edəcək. 
Mərkəzdə İngilis dilinin tədrisi bir sıra istiqamətlər üzrə aparılır: yeniyetmələr üçün İngilis dili, ümumi ingilis dili, qonaqpərvərlik və müxtəlif peşə sahələri üçün ingilis dili, online ingilis dili və beynəlxalq imtahanlara hazırlıq (SAT, İELTS, TOEFL).
Bizim beynəlxalq təlim keçən təcrübəli müəllim komandamız, sizə İngilis dilini və beynəlxalq imtahanlara hazırlıq prosesi zamanı tələb olunan bütün bilik və bacarıqları mənimsəməyinizə kömək edəcəklər. Hər bir tələbəyə fərdi yanaşaraq onların öyrənmə ehtiyaclarını və hədəflərini müəyyənləşdirir, öyrənmə prosesini izləyir və qoyulmuş hədəflərə çatmasına dəstək oluruq.
Dərslərimiz müasir təhsil tələbləri və tədris metodlarına dair araşdırmalara əsasən keçirilir. 
ULA-dakı beynəlxalq imtahana hazırlıq prosesi zamanı tələbələr lazım olan bilik və bacarıqları mənimsəyir və imtahana tam hazır şəkildə daxil olurlar. Belə ki, tələbələr dərs zamanı müvafiq imtahan üçün startegiya, imtahan stresinin öhdəsindən gəlmə və zamanın idarə olunması kimi vacib bilik və bacarıqlar əldə edirlər. Hazırlıq prosesi, əldə ediləcək hədəfə köklənərək sizə lazım olan balı qazanmağınızı təmin edəcək. 

Missiyamız

Premium xidmət göstərən mərkəz olaraq ULA-nin missiyası dil öyrənmə və beynəlxalq imtahanlara hazırlıq yolu ilə Azərbaycana beynəlxalq təhsil təcrübəsi gətirməkdir.
Bunun əsasını işçilərin məhsuldarlığını və karyera imkanlarını yaxşılaşdırmağa yönəlmiş peşəkar təlimlər təşkil edir.

Vizyonumuz

Təhsildə keyfiyyətli xidmətlər göstərmək və bu sahədə ən yaxşı müəllimləri yetişdirmək. Öyrənirik, öyrədirik, paylaşırıq, qazanırıq.

Dəyərlərimiz

Keyfiyyət – Keyfiyyət ULA ailəsi üçün kəmiyyətdən öndə gəlir.
Müxtəliflik – Dünyada təsdiq edilmiş bir neçə beynəlxalq təcrübəni bir araya gətiririk
Ədalət - ULA üçün təhsildə ədalət vacib bir meyardır. İşə, həmkarlarımıza və hər bir tələbəyə ədalətli yanaşma bizim başlıca xüsusiyyətimizdir.
İnklyuzivlik- Tədrisimiz hər yaş kateqoriyasını və peşəni nəzərə alır.
Məsuliyyət- Daim keyfiyyətimizin ölçülməsi məqsədilə öz işimizi tədqiq edib  inkişaf etdiririk.
Nəticələr- Uğurumuz tələbələrimizin uğuru ilə ölçülür. 

Müştəri rəyi