Xarici dili bir bacarıq kimi öyrənmək insan beyninin inkişafına böyük təsir göstərir. Elmin sübut etdiyi kimi, beynin müxtəlif bölgələrinin ixtisaslaşmış funksiyaları vardır. Son tədqiqatlar göstərir ki, bir insan beyninin spesifik bölgələri həyatımız boyu qazandığımız məlumatlar əsasında formalaşır (Geneese and Fred, 2000). Bu onu göstərir ki, ikidillilik neyroprotektiv ola bilər və ən azı bir xarici dildə danışan insanlar yalnız sağlam beyin inkişafını əldə etmir, həm də demensiya və Alzeymer kimi xəstəliklərin də qarşısını ala bilər (Gold et al, 2013).
Toronto Universitetinin tədqiqatı göstərir ki, iki dil bilən dillərdən birində oxuyarkən və ya danışarkən beyində iki dil sistemi də aktiv olur (Luk et al, 2011). Məsələn, ana diliniz Azərbaycan dilidirsə və ingilis dilində danışırsınızsa, hər iki dil bacarığı oxuduqlarınızı başa düşmək üçün aktivdir.
Əsasən, iki dil bilmək beynin gənc qalmasını təmin edən qabiliyyətləri məşq elətdirir. Bu qabiliyyətlər: insan inkişafı üçün həyati bacarıq sayılan konsentrasiya, yadda saxlamaq, çevik və sürətli düşünmək və s.-dir (Luk et al, 2011).
Üstəlik, iki və ya daha çox dil bilmək, xaricdə təhsil almaq üçün verməyi planlaşdırdığınız standart test zamanı hədəfinizdə olan balı toplamağınıza kömək edə bilər. Başqa bir araşdırma onu göstərir ki, iki və ya daha çox dil bilən insanlar yalnız ana dilində danışa bilənlərlə müqayisədə şəxsi və peşəkar həyatlarında daha uğurlu olurlar.
Yeni bir dili öyrənməyə nə qədər erkən başlasanız həmin dilə daha yaxşı yiyələnmək və daha rahat inkişaf etdirmək şansınız olacaq. Xarici dil öyrənməyə 3 yaşında başlayan uşaqlar, dil öyrənməyə 10, 17, 25, 35, 50 yaşlarında başlayanlara nisbətən daha asan nail olurlar. (Greenough, Black, Walalce, 2002)
Nəhayət, akademik komandamız valideynlərə tövsiyə edir ki, bir uşağa 3 yaşından əvvəl yeni bir dil öyrətməyə tələsməyin, çünki uşaqlar 3 yaşına çatana qədər yalnız ana dilində danışmalıdırlar. Uşaqların dil öyrənməyə başlaması üçün ən yaxşı vaxtı 3 yaşındadır, çalışın məktəbə başlayana qədər övladınızın dil öyrənməsini təxirə salmayın.