Junior English - İngilis dili proqramı 8-12 yaşlı balacalar üçün nəzərdə tutulub.
İngiltərənin Kembric İngilis dili qurumunun metodiki və pedaqoji baxımdan sübut olunmuş dərs proqramı və vəsaitləri şagirdlərə İngilis dilini onların gələcəyi üçün faydalı və səmərəli şəkildə öyrənməyə imkan verir. Dərslər aşağıda sadalanan bilik və bacarıqların dərindən mənimsənilməsi üzərində köklənir:
- Düzgün tələffüz
- İşlək qrammatikanın ünsiyyətə tətbiqi
- Sözlərin yerində, mənalı və məqsədli şəkildə istifadəsi
- Hazır dil funksiyalarının mənimsənilməsi
- Diqqətli dinləmə və anlama
- Özünü sərbəst və İngiliscə düşünərək ifadə qabiliyyəti
- Oxuma və assosiasiya yaratma bacarıqları
- Yazma və koqnitiv təffəkkür
- Dərslər həftədə 3 dəfə: 2-si dərslik proqramı əsasında, 1-i isə interaktiv əyləncəli oxu günü olmaqla tədris olunur;
- Dərslik üzrə dərslər 60 dəqiqə & oxu və əyləncə günü üzrə isə 90 dəqiqə tədris olunur;
- Şagirdlərin düzgün bilik səviyyəsi üzrə müvafiq qruplara yerləşdirilməsi üçün tədrisə başlamadan öncə diaqnostik imtahanlar təşkil olunur;
- Şagirdlər Pre A1, A1, A2 səviyyələri üzrə dərslərin hər bir səviyyəsini başa vurduqda “Cambridge Assessment” (İngilis dili üzrə Kembric Beynəlxalq Qiymətləndirməsi) imtahanına tam hazır şəkildə daxil ola bilirlər;
- Dərslərin ümumi aylıq müddəti Pre A1, A1, A2 səviyyələri üzrə müvafiq olaraq 7, 7, 8 ay davam edir.
Səviyyə | Yaş qrupu | Bir dərsin müddəti | Aylıq dərs saatı | Ümumi proqram müddəti | Ümumi proqram müddəti üzrə dərs saatı |
Həftəlik dərs sayı | Qrupda tələbə sayı | Aylıq təhsil haqqı |
---|---|---|---|---|---|---|---|---|
Pre A1 | 8 – 12 | 60 & 90 dəq | 14 saat | 7 ay | 108 saat | 3 dəfə | 4 – 6 | 100 AZN |
A1 | 8 – 12 | 60 & 90 dəq | 14 saat | 7 ay | 108 saat | 3 dəfə | 4 – 6 | 100 AZN |
A2 | 8 – 12 | 60 & 90 dəq | 14 saat | 8 ay | 112 saat | 3 dəfə | 4 – 6 | 100 AZN |